Keçmiş arvadının başını kəsdi

Keçmiş arvadının başını kəsdi
20:05 9 Mart 2017
151 Dünya
Ölkə mətbuatı
A- A+

Bodrumda 25 yaşlı bir uşaq anası Gizem Olqun boşandığı həyat yoldaşı (27) Mert Toprak tərəfindən iş yerində bıçaqla boğazı kəsilərək öldürülüb.

Bodrumdakı turistlər üçün nəzərdə tutulan bir istirahət məkanında bağbanlıq edən 1 uşaq atası Mert Toprak 2 il evli olduğu Gizem Olqundan 2 ay əvvəl boşanmışdı. Toprak bu gün saat 9 radələrində boşandığı həyat yoldaşının çalışdığı Yalıkavak Məhəlləsi, İnönü prospektindəki mebel mağazasına gedib.

Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, Mert Toprak boşanmalarına baxmayaraq, yoldaşının başqa kişilərlə görüşməsini istəmədiyi üçün aralarında mübahisə yaranıb. Mübahisənin böyüməsi ilə Toprak 25 yaşlı qadının boğazını bıçaqla kəsərək qətlə yetirib.
 
Qaçan Mert Toprak polis tərəfindən qısa müddət sonra cinayətdə istifadə etdiyi bıçaqla birgə ələ keçirilib.

Qətllə əlaqədar istintaq başlayıb.
 
Öldürülən Gizem Olqunun yoldaşlarının polisə verdikləri ifadədə "Mert Toprak boşanmadan əvvəl həyat yoldaşı Gizemə "Səni başqasına yar etmərəm, öldürərəm" deyərək tez-tez təhdid edirdi", - deyiblər.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/524637.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR