Mərkəzi Kəşfiyyat İdarəsi Putini də DİNLƏYİRMİŞ

Mərkəzi Kəşfiyyat İdarəsi Putini də DİNLƏYİRMİŞ
20:12 9 Mart 2017
283 Dünya
Ölkə mətbuatı
A- A+

Bir neçə gündür ki, dünya mediası qalmaqallı WikiLeaks saytının Amerika Mərkəzi Kəşfiyyat İdarəsindən ələ keçirərək yaydığı minlərlə məxfi sənədi müzakirə edir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Qərb mediasının yazdığına görə, açıqlanan sənədlərə əsasən Mərkəzi Kəşfiyyat İdarəsinin hakerləri məxfi kompüter proqramlarının vasitəsilə praktiki olaraq bütün elektron qurğuları, hətta "ağıllı" Samsung televizorlarını da dinləyir. Və dinlənilən şəxslər arasında Rusiyanın rəsmi şəxsləri, o cümlədən prezident Vladimir Putin də olub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib ki, Amerika kəşfiyyatının prezident Putin də daxil olmaqla rəsmi şəxsləri dinləməsi, yaxud buna cəhd göstərməsi haqda yayılanlar "diqqətə layiqdir". Onun sözlərinə görə, Rusiyaya sirr deyil ki, Amerika kəşfiyyatı xarici ölkə rəsmilərini, o cümlədən Rusiya rəsmilərini fəal şəkildə dinləyir. Bununla belə Peskov açıqlanan məxfi məlumatların xüsusi olaraq öyrənilməsinin vacibliyini deyib.

Xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Amerika kəşfiyyatının şəxsən onu dinləmək səyləri haqda çoxdan bilir. Lavrovun sözlərinə görə, belə dinləmələrdən qorunmaq üçün o, həssas mövzulara dair danışıqlara yanında hər hansı telefon olmadan qatılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/524701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR