İran yeni ballistik raketi sınaqdan keçirdi

İran yeni ballistik raketi sınaqdan keçirdi
20:13 9 Mart 2017
122 Dünya
Ölkə mətbuatı
A- A+

İran İslam İnqilabı Keşikçilər Korpusu şəxsi istehsalı olan yeni ballistik raketi sınaqdan keçirib.

Publika.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu haqda İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Əmir Əli Hacızadə bildirib.

Onun sözlərinə görə, “Hörmüz-2” raketi 250 kilometrdəki hədəfi uğurla məhv edib. Yeni ballistik raket 300 kilometrə qədər olan hədəfi dəqiqliklə vurmaq qabiliyyətinə malikdir.

Daha əvvəl məlumatlı mənbələrə istinadən ABŞ-ın “Fox News” telekanalı bildirib ki, İran martın əvvəlində “Fateh-110” kiçik radiuslu iki ballistik raketi sınaqdan keçirib. Raketlərdən biri Oman körfəzində (250 kilometr) yerləşən hədəfi vurub.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190731.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR