Qətərdə Azərbaycan milli komandasının azarkeşləri stadiona buraxılmayıb

Qətərdə Azərbaycan milli komandasının azarkeşləri stadiona buraxılmayıb
20:42 9 Mart 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycan milli komandasının Qətər yığması ilə oyununu izləmək üçün Doha şəhərindəki Şeyx Cassim ibn Hamad adına stadionuna gələn soydaşlarımız xoşagəlməz halla üzləşib.
“Report”un AFFA-nın "Facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, azərbaycanlı futbolçuları dəstəkləmək istəyən azarkeşlər stadiona buraxılmayıb.
Səbəb kimi oyunun ictimaiyyətə tam qapalı olaraq keçirilməsi bildirilib.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 20:00-da başlayan görüş Azərbaycan milli komandasının 2017-ci ildə keçirdiyi ilk oyundur.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qeterde-azerbaycan-milli-komandasinin-azarkesleri-stadiona-buraxilmayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR