Unai Emeri PSJ-də qalacaq -

Daha öncə "Barselona"nın PSJ-ni 6:1 hesabı ilə məğlub edərək Çempionlar Liqasında 1/4 finala yüksəldiyi barədə məlumat vermişdik.

Matçdan sonra, xüsusilə də Fransa mətbuatında PSJ-nin baş məşqçisi Unai Emerinin komandadan göndəriləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Metbuat.az-ın məlumatına görə, bütün iddialar əsassız çıxıb. Belə ki, PSJ ispan mütəxəssislə yollarını ayırmaq niyyətində deyil.

Paris klubunun prezidenti Nasser Al-Helaifi Emeri ilə hələ uzun müddət əməkdaşlıq edəcəklərini bildirib. O, həmçinin "Barselona" ilə matçda baş verənlərin gözlənilməz olduğunu deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR