Qətərdə millimizə HÖRMƏTSİZLİK

Qətərdə millimizə HÖRMƏTSİZLİK
21:03 9 Mart 2017
97 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan milli komandasının Qətər yığması ilə oyununu izləmək üçün Doha şəhərindəki Şeyx Cassim ibn Hamad adına stadionuna gələn soydaşlarımız xoşagəlməz halla üzləşib.

Publika.az AFFA-nın "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, azərbaycanlı futbolçuları dəstəkləmək istəyən azarkeşlər stadiona buraxılmayıblar.

Səbəb kimi oyunun ictimaiyyətə tam qapalı olaraq keçirilməsi bildirilib.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 20:00-da başlayan görüş Azərbaycan milli komandasının 2017-ci ildə keçirdiyi ilk oyundur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/190733.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR