Sosial mənzillərlə bağlı YENİLİK - Sabahdan etibarən yeni prosesə start verilir

Sosial mənzillərlə bağlı YENİLİK - Sabahdan etibarən yeni prosesə start verilir
21:05 9 Mart 2017
Ölkə mətbuatı
A- A+

Sosial mənzillərlə bağlı vətəndaşların daha ətraflı məlumatlandırılması üçün sabahdan etibarən yeni prosesə start verilir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, vətəndaşların məlumatlarındırılması "MİDA" MMC əməkdaşları tərəfindən Bakı şəhərindəki 1, 3 və 5 saylı "ASAN Xidmət" mərkəzlərində həyata keçiriləcək.
"ASAN Xidmət" mərkəzlərinə gələ bilməyənlər, bölgələrdə yaşayan insanların da məlumatlandırılması diqqətdə saxlanılıb.
Hazırda güzəştli mənzil elektron sisteminin əsasnaməsinin hazırlanması istiqamətində işlər davam etdirilir. "MİDA" MMC-nin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə 1 may 2017-ci il tarixindən etibarən "elektron hökumət" portalında çalışacaq "güzəştli mənzil" sistemi 2 pilləli olacaq.
2-ci mərhələdə vətəndaş satışa çıxarılan mənzillər barədə şəxsi elektron kabineti vasitəsilə də bildirişlər alacaq, mənzillərin yerləşdiyi yaşayış kompleksi, binalar və mənzillərin interyeri ilə virtual tanış olmaq və seçim etmək imkanını əldə edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/524713.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR