Azərbaycan 3 ölkə ilə birgə turizm layihəsi işə salacaq

Azərbaycan 3 ölkə ilə birgə turizm layihəsi işə salacaq
21:06 9 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bu ilin aprelində Türk Şurası çərçivəsində Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstandan keçən "Böyük İpək yolu" pilot turizm layihəsi işə salınacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Turizm Sənayesi Departamentinin direktoru Marat İqaliyev öz Facebook səhifəsində yazıb.

M.İqaliyevin sözlərinə görə, bu layihə 12 gün davam edəcək.

O qeyd edib ki, marşrutun Qazaxıstan hissəsində turistlər Almatıya gələcək və burada Şımbulak dağ-xizək kurortuna, Koktobe və Kolsaya baş çəkəcək. Daha sonra onlar 2017-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunmuş qədim Türküstan şəhərinə gedəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/524711.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR