Bölgədə yenidən ara qarışır: 1500 nəfər hücuma keçəcək

Bölgədə yenidən ara qarışır: 1500 nəfər hücuma keçəcək
21:28 9 Mart 2017
111 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın ən böyük ikinci şəhəri Mosulun qərbində yerləşən Sincar qəsəbəsində ötən həftə Peşmərgə gücləri ilə qarşı-qarşıya gələn PKK terror təşkilatı bölgəyə ağır silahlar toplayır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda İraq kürd regional rəhbərliyinin rəhbəri Məsud Bərzaninin başçısı olduğu Kürdüstan Demokrat Partiyasının (KDP) Sincar üzrə hərbi səlahiyyətlisi Sərbəst Lezgin bildirib. O, PKK-nın Peşmərgəyə hücum etmək üçün böyük hazırlıq gördüyünü söyləyib.

“Bölgədə baş verənlərə baxsaq, PKK-nın böyük bir hücum planının olduğu ortaya çıxır. Əlimizdəki məlumatlara görə, PKK Şengalda təxribat və qarışıqlıq yaratmaq üçün təxminən 1500 döyüşçü yerləşdirib. PKK hücum edərsə, Peşmərgə dərhal cavab verəcək”, - Sərbəst Lezgin deyib.

Qeyd edək ki, Bərzani PKK-nın bölgədən çıxmasını istəyir. Ankara və Ərbil bu mövzuda eyni mövqedə dayanırlar.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190734.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR