“VAZ 2107" yanıb kül oldu

“VAZ 2107" yanıb kül oldu
21:39 9 Mart 2017
94 Digər
Ölkə mətbuatı
A- A+

Zaqatalada minik avtomobili yanıb.

 

Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saatlarında rayonun Əliabad qəsəbəsi ərazisində, rayon sakini Rizbullah İsmayılova məxsus, “VAZ 21074” markalı 62 BE 298 dövlət nömrə nişanlı minik avtomobilində yanğın baş verib. Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanaraq maşın yararsız hala düşüb.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269449

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR