Hacıqabulda Rusiya vətəndaşı ağır yaralandı

Hacıqabulda Rusiya vətəndaşı ağır yaralandı
21:42 9 Mart 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabulda baş verən avtoqəzada 55 yaşlı qadın ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralının 130-cu kilometrliyində Hacıqabul rayonu ərazisində "Hyundai" markalı 90 CH 025 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə avtomobildə olan Vladivostok vilayətindən olan Rusiya vətəndaşı, 1962-ci il təvəllüdlü Qasanova İrina Alekseyevna ağır kəllə-beyin travması diaqnozu ilə komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
 
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/524723.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR