Körpü uçdu - Avtomobillər dağıntılar altında qaldı

Körpü uçdu - Avtomobillər dağıntılar altında qaldı
21:43 9 Mart 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliyada yol ötürücüsünün uçması nəticəsində azı 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Trend-in məlumatına görə, insident Ankona vilayətində, Adriatik dənizi sahili boyu uzanan A 14 avtotrasında baş verib.

İlkin məlumata görə, yolötürücüsü uçarkən həmin trasda iki avtomobil dağıntılar altında qalıb. Qəzanın baş vermə səbəbləri məlum deyil.

Hadisə yerinə yol polisi, xilasedicilər və tibbi yardım cəlb olunub.

Yolda hər iki istiqamətdə hərəkət dayandırılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190736.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR