8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar veloyürüş keçirilib –

"Cyclemania Lady" və "Velo Səhərlə" qruplarının təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş veloyürüş keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Metbuat.az-a verilən məlumata görə, start və finiş nöqtəsi Azneft Meydanı olan yürüşdə 100-ə yaxın xanım velosipedçi iştirak edib.

Bundan başqa, AzVİF-in tərkibində fəaliyyət göstərən klub və cəmiyyətlərin velosipedçi qızları da bayram yürüşünə qoşulublar.















Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR