Fransanın ABŞ-dakı səfiri Le Penin prezident seçkilərində mümkün qələbəsini faciəyə bərabər tutub

Fransanın ABŞ-dakı səfiri Le Penin prezident seçkilərində mümkün qələbəsini faciəyə bərabər tutub
21:47 9 Mart 2017
105 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/ Fransanın ABŞ-dakı səfiri Jerar Aro hesab edir ki, "Milli Cəbhə" partiyasının lideri Marin Le Penin ölkə prezidenti postuna seçilməsi Paris və Vaşinqtonun münasibətləri üçün faciə olacaq.
"Report" xəbər verir ki, bu barədə "Washington Post" qəzeti yazıb.
"Diplomatiya baxımından, mən deyərdim ki, bu, tamamilə faciə olacaq", — deyə Aro bildirib.
Onun fikrincə, əgər Le Pen, vəd etdiyi kimi Fransanı Avropa İttifaqı və avrozonadan çıxardarsa, bu, Qərb ölkələrində "siyasi zəlzələ"yə səbəb olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/fransanin-abs-daki-sefiri-le-penin-prezident-seckilerinde-mumkun-qelebesini-facieye-beraber-tutub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR