Səbr yaxşıdır, ancaq yoxsullarda daha yaxşıdır...

Səbr yaxşıdır, ancaq yoxsullarda daha yaxşıdır...
21:47 9 Mart 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Həzrət Peyğəmbər (s) buyurur: "Ədalət yaxşıdır, ancaq dövlət başçılarında daha yaxşıdır.

Səxavət yaxşıdır, ancaq zənginlərdə daha yaxşıdır.
Təqva yaxşıdır, ancaq alimlərdə daha yaxşıdır.
Səbr yaxşıdır, ancaq yoxsullarda daha yaxşıdır.
Tövbə yaxşıdır, ancaq cavanlarda daha yaxşıdır.
Həya yaxşıdır, ancaq qadınlarda daha yaxşıdır". (Avini)
"Məgər Rəbbinin rəhmətini onlarmı paylaşdırırlar?! Dünyada onların ruzilərini öz aralarında Biz bölüşdürürük. Biri o birinə iş gördürsün deyə, birinin dərəcəsini digərindən üstün etdik. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha yaxşıdır".  ("Zuxruf" 32)
""De: "Dünyanın malı azdır və axirət, təqvası olan üçün daha yaxşıdır"" ("Nisa", 77)
İmam Əli (ə) buyurub: "Yırtıcı şir - zalım hökmdardan yaxşıdır, zalım hökmdar isə uzunmüddətli fitnələrdən daha yaxşıdır".
Milli.Az deyerler.org-a istinadən bildirir ki,  Allahın Peyğəmbəri (s) buyurub: "Sünnəyə əsaslanan az əməl, bidətlə olan çox əməldən daha yaxşıdır".
Allahın Peyğəmbəri (s) buyurub: "Ey Əli! Əgər Allah sənin əlinlə bir insanı hidayət etsə, bu sənin üçün günəşin üzərinə işıq saçdığı hər bir şeydən daha yaxşıdır".
İmam Sadiq (ə) buyurub: "Allahın Musaya (ə) göndərdiyi vəhylərdən birində belə buyurulur ki: "Elə bir məxluq yaratmamışam ki, o Mənim dərgahımda mömin bəndəmdən əziz olsun.
Onu bəlaya düçar edirəmsə, (bu,) onun üçün daha yaxşı və daha xeyirli olduğuna görədir.
Ona can sağlığı bəxş edirəmsə, (deməli bu,) onun üçün daha yaxşıdır.
Onun əlindən alıb məhrum edirəmsə, bu, onun üçün daha yaxşıdır.
Mən, nəyin bəndəmi islah edərək düzəltməsini daha yaxşı bilirəm.
Buna görə də gərək mənim bəlama səbirli, nemətlərimə şükür edən və hökmlərimə razı olsun ki, onu Özümün ən doğru bəndələrimin sırasında yazım".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/524050.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR