Ən populyar əməliyyat sistemi hansıdır? – SİYAHI

Ən populyar əməliyyat sistemi hansıdır? – SİYAHI
22:05 9 Mart 2017
Ölkə mətbuatı
A- A+

"StatCounter" analitik şirkətinin statistikasına əsasən, yaxın vaxtlarda "Android" mobil əməliyyat sistemi ilə işləyən qurğuların sayı "Windows" qurğuları ötəcək.
"StatCounter" şirkətinin mütəxəssislərinin qənaətinə görə, tezliklə "Windows" platforması "Ümumdünya hörümçək toru"nda liderliyini əldən verəcək. Analitiklər iddia edirlər ki, "Microsoft"un platforması tezliklə internetə çıxış üçün ən populyar əməliyyat sistemi adından məhrum olacaq. Hazırda "Windows" və "Android" sistemlərinin bazar payı, demək olar ki, eynidir.
Milli.Az fins.az-a istinadən bildirir ki, analitiklərin hesablamalarına görə, internetə çıxışa malik qurğular arasında "Android" qurğularının bazar payı 37,4 faiz təşkil edir. Eyni zamanda, "Windows" ilə işləyən cihazların bazar payı 38,6 faizdir.
Bildirilir ki, 5 il əvvəl, 2012-ci ilin yanvarında "Windows" sisteminin bazar payı 82 faiz, "Android"in payı isə 2,2 faiz təşkil edirdi.
Hazırda "Android" platforması smartfon bazarında liderdir və bazarın təxminən 80 faizi onun payına düşür. "StatCounter" şirkətinin statistikası masaüstü kompüter, noutbuk, planşet və smartfonlardan internetə çıxışı nəzərə alır.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/524732.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR