Qaşların tökülməsinə qarşı effektiv vasitələr

Qaşların tökülməsinə qarşı effektiv vasitələr
22:22 9 Mart 2017
301 Ölkə
Ölkə mətbuatı
A- A+

Soğan suyu: Yeni qaş tüklərinin böyüməsini təmin etmək üçün qaşlarınıza təzə soğan suyu tətbiq edin. Soğanlarda qan dövrünü artıran yüksək kükürd miqdarı vardır. Bunlar isə qaşların çıxmasını dəstəkləyir. Soğanın suyunu tətbiq edin və bir saat gözlədin, sonra su ilə yuyun.

Vitamin D və B: Bu üsul daxili orqanlarınızın sağlamlığı üçün də əhəmiyyətlidir. Milli.Az deyerler.org-a istinadən bildirir ki, tüklərin böyüməsini artırmaq üçün B və D vitamini ilə zəngin qidaları istehlak edin. Bu üsul kirpiklərin və qaşların artmasına köməkçi olacaq.
Yumurta sarısı: Zülal ilə zəngin olan yumurta sarısı qaş tüklərinizin sürətlə böyüməsinə köməkçi ola bilər. Bir yumurtanı qırın və sarısını ağ hissədən ayırın. Yumurtanın sarısını bir qabda qarışdırın və birbaşa qaşlara sürtün. 1 saat sonra, ilıq su ilə yaxalayın.
Limon qabığı və kokos yağı: Bir limonunun qabığını dilimləyin. Bir şüşəyə 3 qaşıq saf kokos yağı tökün. Dilimlənmiş limon qabıqlarını da yağa əlavə edin. Sonra şüşənin qapağını bağlayın və ən az 14 gün ərzində sərin, qaranlıq bir yerdə saxlayın. Bu qarışığı pambığın köməyi ilə qaşlara sürtün. Yatmadan əvvəl hər gecə edin və səhər yuyun.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/524058.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR