Azərbaycan millisi Qətəri məğlub etdi

Futbol üzrə Azərbaycan millisi 2017-ci ildə ilk sınağından üzüağ ayrılıb.

Metbuat.az-ın məlumatına görə, Azərbaycan yığması yoldaşlıq görüşündə Qətər millisi ilə gücünü sınayıb. İlk hissədə qol səsi çıxmayıb. Prosineçkinin yetirmələri ikinci hissənin startında hesabı açıblar. Tərlan Quliyev fərqlənib. Çox keçmədən asiyalılar hesabı bərabərləşdiriblər. Buna baxmayaraq, millimiz qələbə qolunu vurmaq üçün özündə güc tapa bilib. 63-cü dəqiqədə fərqlənən Araz Abdullayev matçın yekun hesabını müəyyənləşdirib.

Yoldaşlıq oyunu

9 mart

Qətər – Azərbaycan - 1:2

Qollar: Tabata, 55 - Tərlan Quliyev, 52, Araz Abdullayev, 63

Hakimlər: Ferens Karako, Peter Berettian, Balaş Buzas (hamısı Macarıstan), Saoud Al Athba (Qətər)

Doha. “Əl-Sadd” stadionu

Qətər: 22.Saad Abdulla Al Sheib (q), 3. Yasir Abubakar Isa, 7.Rodrigo Tabata, 10.Hassan Al Haidous, 13. Ibrahim Majed (k), 14.Ahmed Mohd ElSayed, 15.Pedro Miguel, 16.Boualem Khoukhi, 18.Luis Mairton Junior, 20.Akram Afif, 23.Sebastian Soria

Azərbaycan: 23. Səlahət Ağayev, 6. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (4. Tərlan Quliyev, 46), 3. Məhəmməd Mirzəbəyov, 26. Tellur Mütəllimov (25. Urfan Abbasov, 69), 2. Qara Qarayev, 19. Rahid Əmirquliyev, 16. Cavid Hüseynov (8. Elvin Məmmədov, 82), 18. Ağabala Ramazanov (27. Mahir Mədətov, 69), 9. Namik Ələskərov (7. Araz Abdullayev, 46), 10. Ruslan Qurbanov (11. Rauf Əliyev, 46)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR