Mehriban Əliyeva: "Maliyyə problemlərinə görə bağçalar tam gücü ilə çalışmırlar"

Mehriban Əliyeva: "Maliyyə problemlərinə görə bağçalar tam gücü ilə çalışmırlar"
22:42 9 Mart 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/ "Mən açılışlarda iştirak edirəm, lakin çox müasir, gözəl, rahat bağçalarda bəzi hallarda uşaqların sayı azdır. Yəni, daha çox uşaq qəbul etməyə imkan var, amma maliyyə ilə bağlı olan problemlərə görə bağçalar tam gücü ilə çalışmırlar".
"Report" xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 9-da sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə bildirib.
"Burada Hacıbala müəllim bağçalarla bağlı bir mövzuya toxundu. Bizim böyük toplantıdan sonra doğrudan da bu sahədə böyük işlər aparıldı, Bakı şəhərində, paytaxtın müxtəlif rayonlarında bir çox yeni uşaq bağçaları inşa olundu. Mən açılışlarda iştirak edirəm, lakin çox müasir, gözəl, rahat bağçalarda bəzi hallarda uşaqların sayı azdır. Yəni, daha çox uşaq qəbul etməyə imkan var, amma maliyyə ilə bağlı olan problemlərə görə bağçalar tam gücü ilə çalışmırlar. Ona görə bu məsələni tezliklə həll etmək üçün Maliyyə Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti arasında işçi qrup yaradılmalı və bu məsələ qısa zamanda həllini tapmalıdır. Bununla da biz həm qənaət edəcəyik, yeni bağçalar tikməyə ehtiyac olmayacaq, həm də tələbatın bir qismini ödəyə biləcəyik", - deyə Birinci vitse-prezident qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/mehriban-eliyeva-maliyye-problemlerine-gore-bagcalar-tam-gucu-ile-calismirlar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR