Müctəhid və mərceyi-təqlid sözləri eyni mənanı bildirir?

Müctəhid və mərceyi-təqlid sözləri eyni mənanı bildirir?
23:17 9 Mart 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Müctəhid ictihada çatmış, yəni dini hökmləri öz mənbələrindən əsaslandırmaq qabiliyyəti əldə etmiş şəxsdir. Bir şəxs həm şəriətin bütün bölümlərində, həm də konkret mövzularda ictihada çata bilər.

Milli.Az islam.az-a istinadən bildirir ki, şəxsin ictihadla əldə etdiyi qənaət onun özü üçün hüccətdir (qaneedici dəlildir), əgər başqası da bununla qane olarsa, onun ictihadına əməl edə bilər, yəni ona təqlid edə bilər. İctihada çatmayan şəxslərin təqlid etdikləri müctəhidlərə "mərceyi-təqlid" deyirlər, yəni təqlid üçün müraciət edilən alim. Hər müctəhid mərceyi-təqlid deyil, amma hər bir mərceyi-təqlid müctəhiddir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/524049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR