Donald Tusk Avropa İttifaqı Şurasının prezidenti seçildi

Donald Tusk Avropa İttifaqı Şurasının prezidenti seçildi
23:22 9 Mart 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Donald Tuskun Avropa İttifaqı Şurasının prezidenti vəzifəsində mandatı uzadılıb.  

Milli.Az APA-ya istinadən xəbər verir ki, D. Tusk qurumun Brüssel sammitində tələb olunan sayda səs toplaya bilib. O, 2019-cu ilin noyabrınadək bu vəzifəni icra edəcək.  
 
Donald Tusk ilk dəfə bu vəzifənin icrasına 2014-cü ilin 1 dekabrında başlayıb. O, bu vəzifədə belçikalı Herman Van Rompeyi əvəzləyib. Reqlamentə uyğun olaraq, D. Tuskun səlahiyyət müddəti isə cari ilin may ayının 31-də başa çatacaq.
 
 Bu vəzifəyə digər namizəd olan Yatsek Sariuş-Volksiyə gəlincə isə, o ümumiyyətlə səs toplaya bilməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/524747.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR