Zimbabvedə bir ailənin 13 üzvü eyni anda öldü

Zimbabvedə bir ailənin 13 üzvü eyni anda öldü
23:42 9 Mart 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Zimbabvedə mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 14 nəfər ölüb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki,  bu haqda yerli "The Chronicle" qəzeti bildirib.
Nəşrin məlumatına görə, ölənlərin hamısı bir ailənin üzvləridir. Onlar Masvinqo şəhərinə dəfn mərasiminə gedirdilər. Yol-nəqliyyat hadisəsinin səbəbi hələ müəyyən edilməyib. Ancaq şahidlərin sözlərinə görə, yük maşını əvvəlcə çuxura düşüb, daha sonra mikroavtobusla toqquşub.
13 nəfər hadisə yerində həlak olub. Beş yaralı xəstəxanaya yerləşdirilib. Onlardan biri xəstəxanada həyatını itirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/524752.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR