AFFA "Qəbələ"nin rəsmi şəxslərini bağışlamadı

AFFA "Qəbələ"nin rəsmi şəxslərini bağışlamadı
23:57 9 Mart 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:

- AFFA-nın İntizam Komitəsinin "Qəbələ" İK-nın rəsmi şəxsləri Zaur Əzizov, Səbuhi Səfiyarlı, Səməd Nəsibov və Səbuhi Qarayev barəsində çıxardığı 29 saylı, 02 mart 2017-ci il tarixli qərar qüvvədə saxlanılsın;

- 2016/2017 futbol mövsümü çərçivəsində XXV Topaz Premyer Liqasının XX turunun 28 fevral 2017-ci il tarixində keçirilən "Kəpəz" - "Qəbələ" oyunu zamanı qeydə alınan qayda pozuntusuna dair "Qəbələ" İK-nın futbolçusu Nika Kvekveskiri barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi 02 mart 2017-ci il tarixli qərar qismən dəyişdirilsin. Barəsində intizam tədbiri kimi 6 aylıq sınaq müddəti təyin olunmaqla, futbolçu verilmiş 3 oyunluq cəzanın qalan müddətini çəkməkdən şərti olaraq azad olunsun. 6 aylıq sınaq müddəti ərzində futbolçu Nika Kvekveskiri analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun;

- 2016/2017 futbol mövsümü çərçivəsində XXV Topaz Premyer Liqasının XX turunun 28 fevral 2017-ci il tarixində keçirilən "Kəpəz" - "Qəbələ" oyununun birinci hissəsindən sonra qeydə alınan qayda pozuntusuna dair "Qəbələ" İK-nın həkimi Namiq Hüseynov barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi 02 mart 2017-ci il tarixli qərar qismən dəyişdirilsin. Barəsində intizam tədbiri kimi 6 aylıq sınaq müddəti təyin olunmaqla, həkim verilmiş 5 oyunluq cəzanın qalan müddətini çəkməkdən şərti olaraq azad olunsun. 6 aylıq sınaq müddəti ərzində həkim Namiq Hüseynov analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun;

- AFFA-nın Hakim-İnspektorlar Komitəsinə bu oyunun təşkili zamanı baş vermiş pozuntu hallarının araşdırılması barədə AFFA-nın Apellyasiya Arbitraj Tribunalına dərhal məlumat verməsi tapşırılsın və gələcəkdə bu cür halların baş verməməsi təmin edilsin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524754.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR