Bakıda 37462 uşaq bağçada təlim-tərbiyə alır

Bakıda 37462 uşaq bağçada təlim-tərbiyə alır
00:05 10 Mart 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

"Hazırda Bakı şəhərində 37 min 462 uşaq bağçada təlim-tərbiyə alır ki, bu da ümumi tələbatın 34, 64 faizinin ödənilməsi deməkdir".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən müşavirədə deyib.
"Bakı şəhərində məcburi köçkün statusunda məskunlaşmış soydaşlarımızın sayı qeydiyyatda olanlar və olmayanlarla birlikdə 217 min 118 nəfərdir. Bakı şəhəri ərazisində təhsil və təlim-tərbiyə müəssisələrində məskunlaşmış məcburi köçkünlərin sayı 8666 nəfərdir ki, onların da 3345 nəfəri uşaq bağçalarında yerləşiblər. Əgər onların hazır mənzillərə köçürülməsi təmin edilərsə, yaranan əlavə yerlər hesabına 8320 uşağın bağçaya qəbulunu təmin etmək mümkün olar. Hazırda Bakı şəhərində 37 min 462 uşaq bağçada təlim-tərbiyə alır ki, bu da ümumi tələbatın 34, 64 faizinin ödənilməsi deməkdir. Xatırladım ki, 2012-ci ildə Sizin təşəbbüsünüzlə uşaq bağçaları Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilərkən bu rəqəm yalnız 18 faiz idi", - deyə Bakı şəhərinin meri bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/524755.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR