Dünya birjalarında neft sürətlə ucuzlaşır

Dünya birjalarında neftin qiyməti sürətlə aşağı düşür.

Metbuat.az bildirir ki, son bir neçə ayda "qara qızıl"ın qiyməti 55-60 dollar civarında olsa da, bu gün kəskin ucuzlaşma müşahidə edilib.

Bu saatlarda birjalarda "Brent" markalı neftin qiyməti 58 dollardan 52.17 dollara, "WTI" markalı neftin qiyməti isə 55 dollardan 49.43 dollara enib.

Qeyd edək ki, səhər saatlarında "AzeriLight" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,01 dollar və ya 1,77% azalaraq, 56,11 dollar təşkil edib.

Orxan / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR