Nyu-York və Vaşinqton ştatları Trampın yeni miqrasiya fərmanına etiraz edəcək

Nyu-York və Vaşinqton ştatları Trampın yeni miqrasiya fərmanına etiraz edəcək
01:27 10 Mart 2017
107 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ ABŞ-ın Nyu-York ştatının baş prokuroru Erik Şnayderman Vaşinqtonun Qərb dairəsinin prezident Donald Tramp tərəfindən imzalanan yeni miqrasiya fərmanına qarşı qaldırdığı iddiasına qoşulacağını bəyan edib.
"Report" xəbər verir ki, bu barədə o öz "Twitter" hesabında yazıb.
Şnayderman əlavə edib ki, iddiaya Minnesota ştatı da qoşulacaq.
Donald Tramp altı müsəlman ölkəsi vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlara girişinə qadağanı nəzərdə tutan yeni miqrasiya haqqında fərman imzalayıb. Birinci fərman ilə müqayisədə siyahıya İraqın adı daxil edilməyib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/nyu-york-ve-vasinqton-statlari-trampin-yeni-miqrasiya-fermanina-etiraz-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR