Yanğında ölən 33 uşağı 4 kv.m. otağa salıblarmış

Yanğında ölən 33 uşağı 4 kv.m. otağa salıblarmış
03:14 10 Mart 2017
93 Digər
Ölkə mətbuatı
A- A+

Qvatemalada ailə zorakılığı qurbanlarının reabilitasiyası mərkəzində yanğın nəticəsində ölən uşaqların çoxluğu onların bağlı qapı arxasında olmaları ilə bağlıdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qvatemalanın uşaq məsələləri üzrə prokuroru bildirib.   

 

Son məlumata görə, faciə nəticəsində 33 uşaq ölüb. Onlardan 19 hadisə yerində, 14-ü isə xəstəxanada keçinib.

 

“Onlar yanğın baş verən zaman qapısı açarla bağlanmış, ümumi sahəsi 4 kvadratmetrdən çox olmayan otaqda olublar. Orada 60-dək qız olub”, - deyə prokuror Qloriya Kastro bildirib.     

 

Prokurorun sözlərinə görə, rəhbərlik faciədən bir gün əvvəl mərkəzi icazəsiz tərk etmiş 60-dək uşağı cəzalandırmaq məqsədi ilə kiçik otağa salaraq qapıları və pəncərələri kilidləyibmiş.   

 

Bundan əvvəl bildirilmişdi ki, hadisəyə mərkəzdə yaşayan yeniyetmələrdən birinin öz döşəyini yandırması səbəb ola bilər. Məlumata görə, yeniyetmələr mərkəzdə onlarla pis rəftara və qidanın keyfiyyətsizliyinə etiraz ediblərmiş. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269462

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR