Massaçusets Trampın miqrasiya fərmanına qarşı mübarizədə Nyu-York və Vaşinqtona qoşulacaq

Massaçusets Trampın miqrasiya fərmanına qarşı mübarizədə Nyu-York və Vaşinqtona qoşulacaq
06:02 10 Mart 2017
77 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ ABŞ-ın Massaçusets ştatı Vaşinqtonun baş prokuroru Bob Ferqyussonun prezident Donald Trampın yeni miqrasiya fərmanına qarşı iddiasına qoşulacaq.
"Report" xəbər verir ki, bu barədə ştatın baş prokuroru xanım Mora Hili öz "Twitter" hesabında yazıb.
"Biz öz səylərimizi birləşdirəcəyik və Trampın qanunsuz "Muslim Ban"nı ilə (Müsəlmanların ölkəyə girişinə qadağa) mübarizə üçün digər ştatlara qoşulacağıq.
O, Trampın hərəkətlərini ayrı-seçkilik və konstitusiyayazidd kimi xarakterizə edib.
Bundan əvvəl Nyu-Yorkun baş prokuroru Erik Şnayderman da Ferqyussonun iddiasına qoşulmaq niyyətində olduğunu demişdi.
Tramp ikinci miqrasiya fərmanını martın 6-da imzalayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/massacusets-trampin-miqrasiya-fermanina-qarsi-mubarizede-nyu-york-ve-vasinqtona-qosulacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR