"Bu qələbə yerinə düşdü" - Rəşad Sadıqov

"Bu qələbə yerinə düşdü"  - Rəşad Sadıqov
07:57 10 Mart 2017
71 İdman
Ölkə mətbuatı
A- A+

“Oyun yetərincə maraqlı alındı. Hər iki komanda texnikalı futbola üstünlük verdi. Yaxşı mübarizə apardığımızı düşünürəm”. Fanat.Az xəbər verir ki, bu sözləri millimizin kapitanı Rəşad Sadıqov deyib.


 

Dünən Dohada Qətərlə qarşılaşan və yoldaşlıq görüşündən 2:1 hesablı qələbəylə ayrılan seçməmizin təcrübəli müdafiəçisi matçın ardından fikirlərini bölüşüb: “Qarşıdan Almaniya yığması ilə rəsmi oyun gəlir. Psixoloji baxımdan komandamıza müsbət təsiri olsun deyə, qələbə qazanmaq istəyirdik. Çünki məğlub olanda təzyiq də artır. Uşaqlar həm yaxşı oynadılar, həm də uğurlu nəticə qazandıq. Oyundan oyuna fərq var. Demək olmaz ki, Qətər millisini məğlub etməyimiz Almaniya yığması ilə oyunda bizə üstünlük verəcək. Ancaq komandamızın inkişafı üçün bu qələbə az önəm daşımır. Məncə, faydası olacaq. Baş məşqçi yeni futbolçulara özlərini göstərmək şansı verdi. Həm də son rəsmi oyunumuzda böyük hesabla məğlub olmuşduq. Özünəinamı qaytarmaq üçün Qətər yığması üzərində qələbə yerinə düşdü”.




Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbu-qlb-yerin-duduquot-t56812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR