Martın 10-da Azərbaycanda Milli Teatr Günü qeyd
olunur.
Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy
Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin
"Lənkəran xanının vəziri" komediyasının tamaşaya hazırlanması ilə
Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın
təməli qoyuldu. Teatrın böyük ictimai əhəmiyyətini dərk edən
Azərbaycan ziyalıları Naxçıvan, Şəki, Şamaxı, Lənkəran, Quba və
Şuşa şəhərləri ilə bərabər, Tiflisdə və İrəvanda da teatr
tamaşaları təşkil edirdilər.
1918-ci ildə Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra bir çox
sahələrdə olduğu kimi, teatr sənətimizin inkişafında da mühüm işlər
həyata keçirildi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti pərakəndə
fəaliyyət göstərən teatr truppalarını birləşdirərək Dövlət Teatrını
yaratdı. 1919-cu il oktyabrın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin
bütün dövlət və hökumət rəhbərlərinin iştirakı ilə Dövlət Teatrının
rəsmi açılışı oldu.
Bu gün respublikada artıq 26 dövlət teatrı fəaliyyət göstərir.
Şəbəkənin müntəzəm və səmərəli fəaliyyətini təmin etmək məqsədilə
bütün maliyyə, təşkilati və yaradıcılıq imkanlarından istifadə
edilir. Dövlətlərarası mədəni əməkdaşlıq haqqında ikitərəfli
sazişlərə uyğun olaraq respublika teatrları xarici ölkələrdə
keçirilən müxtəlif festivallarda uğurla çıxış edirlər.
Bu gün Bakı şəhəri Beynəlxalq Teatr Konfransı, UNİMA-nın iştirakı
ilə Beynəlxalq Kukla Teatrları Festivalı, Çexov Festivalı kimi
nüfuzlu tədbirlərə ev sahibliyi edir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 1 mart 2013-cü il
tarixində Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis
edilməsi haqqında sərəncam imzalayıb.
Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/10040.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)