Rəşad Sadiqov: "Hər gün iclas keçirir"

Rəşad Sadiqov: "Hər gün iclas keçirir"
11:42 7 Yanvar 2015
236 İdman
Ölkə mətbuatı
A- A+

““Qəbələ”nin düşərgəsində olduğum qısa müddətdə həqiqətən də çox xoş təəssüratlarım formalaşıb.

Yeni komandamda çox isti qarşılandım. Sanki neçə ildir bu komandada oynayıram. Komandaya uyğunlaşmaqda heç bir çətinlik olmadı. Heyətdə bir neçə futbolçu var ki, onlarla Azərbaycan millisində çiyin-çiyinə mübarizə aparırıq. Digər yerli futbolçuların hamısı ilə də öncədən yaxşı münasibətlərimiz var. “Qəbələ”nin legionerləri ilə də rəqib kimi qarşılaşdığım vaxtlardan xoş ünsiyyətim olub. Bu üzdən də mənim üçün uyğunlaşmaq çox rahat oldu. Hazırlıqlarımız plan üzrə gedir, hamı öz ideal formasına düşməyə çalışır. Heç bir futbolçunun ilk “11-lik”dəki yeri təmin olunmayıb. Oyunçunun özü çalışmalıdır ki, buradakı yerini qazanıb, onu qorusun. Mən də əlimdən gələni edəcəyəm ki, əsas heyətdə möhkəmlənim və komandanın uğurları üçün çalışım".
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin yeni transferi Rəşad Sadiqov klubun rəsmi saytına açıqlamasında deyib:
 
O, Antalya toplanışındakı hazırlıqlar və baş məşqçi Roman Qriqorçuk haqda da fikirlərini bildirib:
 
“Komandanın mövsümün ikinci yarısına hazırlaşması üçün hər cür şərait yaradılıb. Türkiyənin ən yaxşı otellərindən birində məskunlaşmışıq. Toplanışın ilk günlərində əsasən fiziki hazırlıqlara üstünlük verilib. Hər şey məşqçinin tərtib etdiyi proqram üzrə gedir. Bütün futbolçular da canla-başla çalışırlar. Əlimizdən gələni edirik ki, daha yaxşı formada olaq və “Qəbələ” uğurlu nəticələrlə layiq olduğu pillələrdə qərarlaşsın. Komandamızın çempionatı uğurla başa vurması üçün əlimizdən gələni edəcəyik. Hələ taktiki çalışmalara başlamadığımızdan baş məşqçimiz Roman Qriqorçukun hansı oyun sisteminə üstünlük verəcəyini deyə bilmərəm. O, futbolçularla yaxşı anlaşır, ünsiyyət qurur. Bir insan kimi yüksək keyfiyyətlərə malikdir. Hər gün iclas keçirib, bizimlə söhbət edir. Yəqin ki, yaxın günlərdə oyun planındakı düşüncələrini də bizimlə bölüşəcək”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317685.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR