Rostov-Bakı marşrutu üzrə uçuşları dayandırılır

Rostov-Bakı marşrutu üzrə uçuşları dayandırılır
09:17 10 Mart 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Pobeda" aviaşirkəti yay ayları üçün Rostov şəhərindən Bakıya uçuşları dayandırır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hazırda "Pobeda" Rostov-Bakı aviareysi üzrə həftədə dörd dəfə - bazar ertəsi, çərşənbə, cümə və bazar günləri uçur. Martın 28-dən etibarən reyslərin sayı 3-dək endiriləcək. Belə ki, aviaşirkət Rostov-Bakı marşrutu üzrə çərşənbə axşamı, cümə axşamı və şənbə günləri uçuş yerinə yetirəcək.
 
Bununla yanaşı, mayın 30-dan sentyabrın 26-dək reyslər tamamilə dayandırılacaq.

Xatırladaq ki, "Pobeda" Rostov-Bakı marşrutu üzrə ötən ilin oktyabrın 31-dən uçmağa başlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/524774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR