Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova vəzifəsindən istefa verib.
Bu barədə Z.Kazımovanın özü bildirib: “Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi olaraq öz ərizəmlə işdən ayrıldım. İstefa etdiyim üçün bu gündən etibarən sözügedən ali təhsil müəssisəsi ilə bağlı sual, sorğu və müraciətlərinizi mənə ünvanlamamağı rica edirəm.
2014-cü ilin dekabrından 2017-ci ilin martınadək şöbə rəisi
olaraq mənimlə əməkdaşlıq edən bütün media orqanlarının
rəhbərlərinə və əməkdaşlarına öz dərin təşəkkürümü bildirirəm!
ADU-dan başladığımız və bu müddət ərzində bu qurumda davam
etdirdiyimiz KİV-lə əlaqələri yeni bir müstəviyə çıxardaraq,
sizinlə peşəkar əməkdaşlığımızı və səmimi dostluğumuzu davam
etdirməyimizdən çox şadam.
İki ildən artıq müddətdə SOCAR ailəsinin üzvü olduğum üçün çox
şadam. Bu müddət ərzində PR şöbəsinin səmərəli və peşəkat
fəaliyyəti hamının gözlərinin önündə olub. BANM kollektivi mənim
üçün əzizdir, burada çalışan zəhmətkeş sadə kollektivin hər bir
üzvünə can sağlığı, fəaliyyətlərində uğurlar arzulayıram.
Tələbələrə təhsildə və həyatda nailiyyətlər diləyirəm. Düşünürəm
ki, mən öz missiyamı bu ali məktəbdə peşəkarlıqla yanaşı, vicdanla
və ləyaqətlə yerinə yetirdim. Bu ali məktəbin ictimaiyyət arasında
tanıdılması, nüfuzunun formalaşdırılması və qorunub saxlanması,
ictimaiyyətlə, xüsusən KİV-lə əlaqələrinin qurulması, inkişaf
etdirilməsi və bu əlaqələrin əməkdaşlığa çevrilməsi işi yüksək
səviyyədə ortaya qoyuldu.
Bu müddət ərzində rəhbəri olduğum şöbə daim ali təhsil
müəssisələrinin analoji qurumları içərisində ön sıralarda oldu.
Bütün bunlar Azərbaycan cəmiyyətinin və ölkə mediasının gözü önündə
baş verdi. Bu artıq tarixdir. Çox sevinirəm ki, quruculuğunun ilk
illərində məhz ictimaiyyətlə əlaqələr sahəsində iki ildən artıq
fəaliyyətimlə bu ali məktəbin tarixinə adım yazıldı, burada əməyim,
zəhmətim var!”.