Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolu yenidən qurulur

Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolu yenidən qurulur
09:37 10 Mart 2017
Ölkə mətbuatı
A- A+


Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycanda Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolu yenidən qurulur.  "Report" xəbər verir ki, “Azəravtoyol” ASC Ucar rayonunda kəndlərarası avtomobil yolunun tikintisinə başlayıb. Yenidən qurulan avtomobil yolunun ümumi uzunluğu 7,5 km, mövcud eni isə 6-7 metr arası dəyişir. Tikinti işləri zamanı yolun eni 10 metrə qədər, 3-4 metr enində genişləndirilir.
Hazırda yol yatağının yararsız qruntunun qazılaraq çıxarılması, əvəzinə isə yeni yol yatağının və yol əsasının tikintisi işləri aparılır. Üç yaşayış məntəqəsini birləşdirəcək yol 2 hərəkət zolağından ibarət olacaq, yəni hərəkət hissəsinin eni 6 metr təşkil edəcək. Layihə üzrə yol çiyinlərinin eni isə 2 metr olacaq. Torpaq işləri bitdikdən sonra ikiqat olmaqla yolun 45 min kv.m ərazisinin asfaltlanması nəzərdə tutulub.
Eyni zamanda,  əsaslı tikinti işləri çərçivəsində avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 30 ədəd suötrücü borunun quraşdırılması işləri də aparılır.
Tikinti işləri bitdikdən sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yol boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yola üfüqi nişanlama xətləri çəkiləcək.
IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yoluboyunca yerləşən yaşayış məntəqələrinin sakinlərinin rayon mərkəzinə rahat çıxışı təmin olunmaqla, onların yetişdirdikləri kənd təsərrüfatı məhsullarının qısa vaxt ərzində və xarab olmadan bazara daşınması mümkün olacaq. Bu isə öz növbəsində həmin ərazinin insanlarının həyat şəraitinin yüksəlməsinə hesablanıb.






Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/ucar-geraybeyli-restece-avtomobil-yolu-yeniden-qurulur1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR