Bakıda şadlıq evindən çıxan gənc oğlanı avtomobil vurub

Bakıda şadlıq evindən çıxan gənc oğlanı avtomobil vurub
09:52 10 Mart 2017
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ Bakıda şadlıq evindən çıxan gənc oğlanı avtomobil vurub.
"Report"un xəbərinə görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Belə ki, Müşviq qəsəbəsində yerləşən şadlıq sarayından çıxan 1999-cu il təvəllüdlü Hüseynov Nicat Namiq oğlu yolu keçərkən onu "Opel" markalı minik avtomobili vurub.
Ağır xəsarət alan N.Hüseynov xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-sadliq-evinden-cixan-genc-oglani-avtomobil-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR