Ayaq barmağınız əyridir?

Bəzi insanlarda ayağın baş barmağının yanında çıxıntı olur. Bu çıxıntı insanı narahat etməklə yanaşı, vizual olaraq da pis görüntü yaradır.

“Birinci ayaq barmağının xarici kənarındakı çıxıntını podaqra adlandırırlar. Lakin bəzən o ayaq tağının əyilməsi ilə əlaqədar ola bilər. Buna ayağın valqus deformasiyası deyilir”.

Bunu Metbuat.az-a açıqlamasında revmotoloq Elfanə Süleymanova deyib. O qeyd edib ki, belə insanlar sıx və dikdaban ayaqqabılar geyinməməlidir.

"Ayaqqabını çıxardıqdan sonra müəyyən fiziki məşqlər edilməlidir. Ayaq barmaqlarını düzgün vəziyyətdə saxlayan silikon vasitələrdən də istifadə edə bilərlər. Podaqra isə ümumi mübadilə pozulması nəticəsində yaranan bir xəstəlikdir. Bu zaman ayaqda və digər sümüklərdə podaqrik osteofitlər yarana bilər. Belə insanlara ətsiz pəhriz və həkim tərəfindən müəyyən olunmuş müalicə təyin olunmalıdır”.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR