Arnold Şvartsnegger ABŞ Senatına seçkilərdə iştirak etmək barədə düşünür

Arnold Şvartsnegger ABŞ Senatına seçkilərdə iştirak etmək barədə düşünür
10:02 10 Mart 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ Aktyor və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsnegger ABŞ Senatına seçkilərdə namizəd ola bilər.
"Report" "Politico" nəşrinə istinadən xəbər verir ki, bu barədə aktyorun rəsmi nümayəndəsi Daniel Ketçell bildirib.
"Bütün mümkün variantları nəzərdən keçiririk", - deyə D.Ketchell vurğulayıb.
Onun sözlərinə görə, indi Şvartsnegger Vaşinqtonun seçdiyi islahat istiqamətini dəyişməyə məcbur etməyə çalışır və bunun üçün müxtəlif metodlardan istifadə etməyə hazırdır.
Qeyd edək ki, daha əvvəl Şvartsnegger prezident Donald Trampın miqrasiya ilə bağlı fərmanını tənqid edib və hətta ona iş yerlərini dəyişmələrini təklif edib. O, bunu D.Trampın aktyorun aparıcısı olduğu, daha öncə isə hazırkı prezidentin apardığı "Şagird" realiti-şousunun reytinqinin düşməsini bildirməsinə cavab olaraq söyləyib. Aktyor teleşoudan ayrılandan sonra D.Tramp onun könüllü işdən ayrılmadığını, işdən qovulduğunu bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/arnold-svartsnegger-abs-senatina-seckilerde-istirak-etmek-barede-dusunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR