Fahriye də olsan, el adəti ilə ərə gedirsən... - FOTO

Fahriye də olsan, el adəti ilə ərə gedirsən... - FOTO
10:05 10 Mart 2017
188 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur aktyoru Burak Özçivit uzun müddətdir birlikdə olduğu, bir neçə ay öncə qarşısında diz çöküb evlənmə təklifi etdiyi Fahriye Evcen ilə dünən Almaniyada nişanlanıb.

Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, onlar çəkildikləri serialların rejissorlarından icazə alaraq Almaniyaya, Fahriyenin ailəsinin yaşadığı evə gediblər. Burak Fahriyeni onun ailəsindən istəyib.

Ailə daxilində gerçəkləşən mərasimdə onlar nişanlanıblar. Dünən mərasimdən ilk fotolar yayılıb.

Fotolardan sonra sosial şəbəkələrdə müzakirələr başlayıb. Bunlardan ən çox diqqət çəkən isə "Fahriye də olsan, el adəti ilə ərə gedirsən" sözü olub. Belə ki, aktrisanın "dədə-baba" qaydası ilə nişanlanması şərhçilərin diqqətindən yayınmayıb.

Qeyd edək ki, Burak hazırda "Kara Sevda", Fahriye isə "Ölene Kadar" serialına çəkilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/524794.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR