Bakının mərkəzi susuz qalacaq

Bakının mərkəzi susuz qalacaq
10:05 10 Mart 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtın mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Milli.az xəbər verir ki, "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Səbail rayonu Nizami küçəsindən keçən 250 mm diametrli magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 10 mart 2017-ci il tarixdə gün ərzində Səbail, Nəsimi və Yasamal rayonlarının bir hissəsinə - Nizami, İ.Səfərli, R.Rza, Mərdanov qardaşları, Y.Məmmədəliyev, T.Əliyarbəyov, H.Z.Tağıyev küçələrində bəzi ünvanlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar ASC abonentlərdən üzr istəyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/524800.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR