Bakıdakı bayram yarmarkaları fəaliyyətə başladı

Bakıdakı bayram yarmarkaları fəaliyyətə başladı
10:23 10 Mart 2017
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda Novruz bayramı ilə bağlı yarmarkalar üçün quraşdırlan çadırlar fəaliyyətə başlayıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib. Onun sözlərinə görə, metro stansiyalarının qarşısında quraşdırılan yarmarka çadırlarında satışlara start verilib: "Artıq 10 yarmarka çadırı quraşdırılıb. Hazırda həmin yarmarkalarda bayram məhsullarının satışı başlanıb".

Ə.Bağırov bildirib ki, yarmarka çadırları metronun "Elmlər Akademiyası", "İnşaatçılar", "28 May", "Nəriman Nərimanov" və "Neftçilər" stansiyalarının qarşısında qurulub: "Ehtiyac olacağı təqdirdə bayram ərəfəsində çadırların sayı artırılacaq".

Qeyd edək ki, bayram çadırlarında məhsulların satış qiymətləri bazar qiymətindən ucuz olacaq. (trend)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/190783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR