Bakıda bəzi küçələrdə içməli suyun verilməsində problem yaranacaq

Bakıda bəzi küçələrdə içməli suyun verilməsində problem yaranacaq
10:27 10 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ Bakı şəhərinin Nizami, İ.Səfərli, R.Rza, Mərdanov qardaşları, Y.Məmmədəliyev, T.Əliyarbəyov, Z.Tağıyev küçələrində içməli suyun verilməsində problem yaranacaq.
"Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən xəbərə görə, Bakı şəhəri Səbail rayonu Nizami küçəsindən keçən 250 mm diametrli magistral su kəmərində baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar martın 10-da gün ərzində Səbail, Nəsimi və Yasamal rayonlarının bir hissəsinə (Nizami, İ.Səfərli, R.Rza, Mərdanov qardaşları, Y.Məmmədəliyev, T.Əliyarbəyov, Z.Tağıyev küçələrində) bəzi ünvanlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bakida-bezi-kucelerde-icmeli-suyun-verilmesinde-problem-yaranacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR