Alim Qasımov konsert verdi

Azərbaycanın xalq artisti, peşəkar muğam ustası Alim Qasımov İranın paytaxtı Tehran şəhərində konsert proqramı ilə çıxış edib.

Metbuat.az xəbər verir ki, Alim Qasımov iranlı xanəndə Humayunla bir səhnəni bölüşüb. İfaçının Tehranda Azərbaycan dilində muğam ifa etməsi isə güney azərbaycanlıların sevincinə səbəb olub. Xalq artisti İran telekanallarının birinə müsahibə də verib:

“İranda müxtəlif konsertlərdə iştirak etmişəm. Gənc xanəndə Humayunla eyni səhnəni bölüşəcəm. Konsertə gələn hər kəsə xüsusi minnətdarlığımı bildirirəm”. Rəvan Nasiroğlu/ Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR