Vergilər naziri "AmCham"ın üzvləri ilə görüşüb

Vergilər naziri "AmCham"ın üzvləri ilə görüşüb
10:32 10 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ Bu gün Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) və Vergilər Nazirliyinin birgə təşkil etdiyi “Şəffaflığa doğru birlikdə” mövzusunda vergi konfransı keçirilib. "Report" xəbər verir ki, tədbirdə Azərbaycanın vergilər naziri Fazil Məmmədov, Milli Məclisin deputatı Ziyad Səmədzadə və "AmCham" üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan "AmCham"ın icraçı direktoru Natəvan Məmmədova bildirib ki, ölkəyə yatırılan investisiyaların 80%-i 250-dən artıq yerli və xarici şirkəti özündə birləşdirən bu Palatanın payına düşür.
Daha sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə çıxış edib.
Z.Səmədzadə "AmCham"ın verdiyi təkliflərin parlamentdə müzakirı edildiyini deyib.
Vergilər naziri F.Məmmədov deyib ki, Vergilər Nazirliyi vergi siyasətinin və vergi inzibatçılığının təkmilləşdirilməsində, vergi ödəyicilərinə yeni xidmətlərin təqdim edilməsində, bütövlükdə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sahibkarların ictimai təşkilatları ilə müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verir, qanunvericiliyə dəyişikliklər edilərkən ölkədə fəaliyyət göstərən yerli və xarici biznes strukturlarının rəylərini nəzərə almağa, hər bir təklifə diqqətlə yanaşmağa çalışır.
F.Məmmədov Vergilər Nazirliyinin Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesində sahibkarlıq subyektləri ilə birlikdə şəffaf və tərəfdaşlıq münasibətlərin qurulması niyyətlərini açıq bəyan etdiyini deyib.
Vergilər naziri vergi orqanlarında administrasiyanın təkmilləşdirilməsi və təşkilati strukturunun transformasiyası istiqamətində aparılan islahatlarla bağlı məlumat verərək bildirib ki, yeni vergi sisteminin inzibatçılığı iki mühüm prinsipə söykənən müasir baxış bucağı üzərində qurulub. Bunlardan birincisi və ən önəmlisi “fərdi yanaşma” prinsipidir. Yeni dönəmdə vergi administrasiyasının ilkin vəzifəsi hər kateqoriya vergi ödəyicisinə ona uyğun yanaşmalar formalaşdırmaqdan ibarətdir. Burada əsas yanaşma, kiçik və orta sahibkarlıq subyektləri ilə iri və xüsusi rejimli müəssisələrlə iş prinsiplərini ayırmaq, hər bir sahibkarlıq qrupuna fərdi yanaşmanı təmin etmək, fiskal və inzibatçılıq yükünün düzgün bölüşdürülməsini təmin etməkdir.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/vergiler-naziri-amcham-in-uzvleri-ile-gorusubbbb

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR