Parka apardığı 3 aylıq həyat yoldaşını öldürdü

Parka apardığı 3 aylıq həyat yoldaşını öldürdü
10:47 10 Mart 2017
141 Dünya
Ölkə mətbuatı
A- A+

Bursanın Gürsu Mahalında 19 yaşlı Mehmet Adıyaman qısqanclıq zəminində parkda mübahisə etdiyi 18 yaşlı üç aylıq həyat yoldaşı Deniz Adıyamanı üzərində gəzdirdiyi bıçaqla öldürüb.

Milli.Az DHA-ya istinadən xəbər verir ki, qətl hadisəsi ötən gün axşam saat 5 radələrində qeydə alınıb. 

Deniz Adıyaman təcili yardımla Yüksək İxtisas Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb.

Həkimlərin bütün səyinə rəğmən Denizin həyatını xilas etmək mümkün olmayıb.

Mehmet Adıyaman Bursa Təhlükəsizlik İdarəsinə gedərək təslim olub.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/524812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR