Azərbaycanlı qız izdivac verilişində aləmi yenə bir-birinə QATDI – VİDEO

Azərbaycanlı qız izdivac verilişində aləmi yenə bir-birinə QATDI – VİDEO
10:48 10 Mart 2017
436 Şou
Ölkə mətbuatı
A- A+

Zuhal Topalın evlilik verilişində tez-tez küsüb barışan azərbaycanlı iştirakçılar Əli Əkbər və Naz Mila yenə gündəm yaradıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Naz Mila həmyerlisi və model Əli Əkbər adlı bəy namizədiylə yenidən barışmaq üçün ikinci şans istəmişdi. Əli ona şans versə də, ötən həftə Nazın sərt çıxışlarından sonra model ondan ayrılmağa qərar verib və ona gələn namizədləri görməyə davam edib. Naz isə baş verənlərdən sonra verilişi tərk edib.

Dünənsə Naz yenidən verilişə qatılaraq Əlinin könlünü almağa çalışıb. Buna baxmayaraq, qəribə hərəkətləri ilə diqqət çəkib. Əli ona inandığını və ayrılmalarının ona qətiyyən pis təsir etmədiyini vurğulayıb. Həmçinin sosial şəbəkədə rəqs videosunu paylaşmasını, burda olmadığı müddətdə bütün gün gəzdiyini xatırladıb.

Xatırladaq ki, Əli Əkbər sözügedən verilişə sırf Naz Mila üçün getmişdi. Bir müddət sevgili olan cütlük yola getmədikləri üçün ayrılmağa qərar vermiş və onlar üçün gələn namizədləri qəbul ediblər.

Habelə Naz Mila bir dəfə evli olub və onun bir qızı var. O, bir müddət əvvəl “Zuhal Topalla” evlilik verilişində Baha adlı türk vətəndaşı ilə nişanlanıb və bir gündən sonradan nişanı qaytarıb.

Məlumat üçün bildirək ki, Türkiyə KİV-ləri bu cür evlilik verilişlərində iştirakçıların ssenari üzrə hərəkət etdiyini, reytinqi qaldırmaq üçün gah küsüb, gah barışdığını, süni qalmaqallar yaratdığını və iştirakçılara bunun müqabilində pul verildiyini iddia edir. Bu yaxınlarda Esra Erolun, Zuhal Topalın və Səda Sayananın apardığı evlilik verilişləri milli, mənəvi dəyərlərə qarşı çıxdığı üçün yüksək məbləğdə cərimələnib.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/190788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR