Sankt-Peterburqda Azərbaycan vətəndaşı ağır yaralanıb

Sankt-Peterburqda Azərbaycan vətəndaşı ağır yaralanıb
10:57 10 Mart 2017
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan vətəndaşı Sankt-Peterburq şəhərinin Nevski rayonunda döyülüb və güllə yaraları alıb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, martın 9-na keçən gecə 2-ci Rabfakovski küçəsində iki kişi arasında münaqişə yaranıb.
Nəticədə davanın iştirakçılarından biri, 40 yaşlı Azərbaycan vətəndaşı ağır vəziyyətdə Aleksandr xəstəxanasına çatdırılıb.
O, xəstəxanaya hər iki ayağından güllə yarası almış vəziyyətdə, qapalı kəllə-beyin travması, beyin silkələnməsi, baldırında, sol əlində güllə yarası, burun sümüklərinin sınması diaqnozu ilə yerləşdirilib.
Məlumata görə, o, Sankt-Peterburqda qeydiyyatsız yaşayıb. Faktla bağlı cinayət işi açılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sankt-peterburqda-azerbaycan-vetendasi-agir-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR