Azərbaycan Ermənistanın Lapşinlə bağlı iddiasına CAVAB VERDİ

Azərbaycan Ermənistanın Lapşinlə bağlı iddiasına CAVAB VERDİ
11:05 10 Mart 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda bloqqer Aleksandr Lapşinin saxlanması ATƏT-in məsələsi deyil. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın ATƏT yanındakı Daimi Nümayəndəliyinin Ermənistanın ATƏT-in Daimi Şurasında Aleksandr Lapşin məsələsini qaldırması ilə bağlı bəyanatında deyilir.

Azərbaycan nümayəndəliyi bildirib ki, cinayət işi ikitərəfli münasibətlər əsasında Azərbaycanla Belarus tərəfindən başladılıb: "Aleksandr Lapşin bir neçə ölkənin vətəndaşıdır. Bu səbəbdən də həmin ölkələr hüquqi proseduru izləməklə bu məsələdə 3-cü tərəf qismində iştirak edir. Ermənistanın bu hüquqi məsələ ilə bağlı heç bir əlaqəsi yoxdur. Bu, bir daha onu göstərir ki, Ermənistan davamlı olaraq, xarici vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini təşkil edir və daha sonra bundan özünün siyasi təbliğatında istifadə edir. Biz bir daha jurnalist və xarici vətəndaşları Azərbaycan tərəfinin razılığı olmadan işğal olunmuş ərazilərimizə qanunsuz səfərdən çəkinməyə çağırırıq". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/524824.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR