Vaşinqtonda anti-İŞİD koalisiyasına üzv olan dövlətlərin təmsilçilərinin iştirakı ilə toplantı keçiriləcək

Vaşinqtonda anti-İŞİD koalisiyasına üzv olan dövlətlərin təmsilçilərinin iştirakı ilə toplantı keçiriləcək
11:07 10 Mart 2017
78 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşması ilə mübarizə aparan 68 dövlətin təmsilçisinin iştirakı ilə Vaşinqtonda toplantı keçiriləcək.
“Report” “Bloomberg”ə isinadən xəbər verir ki, bunu ABŞ-ın Prezident Administrasiyasının iki nümayəndəsi bildirib.
İnformasiyaya əsasən, görüşün martın 22-23-də keçirilməsi nəzərdə tutulub.
ABŞ prezidenti Donald Trampın administrasiyasının təşkil etdiyi toplantıya 68 dövlətin xarici işlər nazirləri ilə yanaşı beynəlxalq təşkilatların nümayəndələri də qatılacaq. Xəbərdə bildirilib ki, iclasa ABŞ-ın dövlət katibi Reks Tillerson başçılıq edəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/vasinqtonda-anti-i-si-d-koalisiyasina-uzv-olan-dovletlerin-temsilcilerinin-istiraki-ile-toplanti-kecir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR