Nursultan Nazarbayev Qazaxıstan Konstitusiyasına əlavə və dəyişiklikləri imzalayıb

Nursultan Nazarbayev Qazaxıstan Konstitusiyasına əlavə və dəyişiklikləri imzalayıb
11:22 10 Mart 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/Qazaxıstan Prezidenti Nursultan Nazarbayev "Qazaxıstan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" qanunu imzalayıb.
"Report" dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, qanun hökumətin qolları arasında səlahiyyətlərin yenidən bölüşdürülməsini təmin edir.
Qüvvəyə minmiş dəyişikliklər ilk növbədə parlamentin rolunun artırılmasına yönəlib. Sənəd hökumətin formalaşmasında parlamentin rolunu genişləndirir, eləcə də parlamentin Nazirlər Kabinetinin fəaliyyətinə nəzarətini gücləndirir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/nursultan-nazarbayev-qazaxistan-konstitusiyasina-elave-ve-deyisiklikleri-imzalayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR