“AtaBank” nizamnamə kapitalını 40% artırır

“AtaBank” nizamnamə kapitalını 40% artırır
11:22 10 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "AtaBank" ASC-nin hər birinin nominal dəyəri 20 manat olan 1 mln. ədəd adi sənədsiz adlı səhmlərinin əlavə buraxılışı dövlət qeydiyyatına alınıb.
"Report" bu barədə Palataya istinadən xəbər verir.
Səhmlər qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək. Tam yerləşdirmə nəticəsində Bankın nizamnamə kapitalı 20 mln. manat və ya 40% artaraq 70 mln. manata çatacaq.
Xatırladaq ki, "Atabank" 1993-cü ildə yaradılıb, "AtaHolding" MMC-yə daxildir. Bankın nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 20 manat olan 2,5 mln. səhm əsasında formalaşıb. Səhmlərin 76%-i adı çəkilən Holdinqə, 15,88%-i Əşrəf Kamil oğlu Kamilova (Bankın Müşahidə Şurasının (MŞ) sədri, Holdinqin MŞ sədrinin I müavini), 8,12%-i Mahir Əhmədağa oğlu Rəfiyevə (vergilər nazirinin müşaviri) məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/atabank-nizamname-kapitalini-artirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR